Əfqan Quliyev növbəti görüşünü keçirtdi -FOTOLAR

 68  saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd Əfqan Bəhlul oğlu Quliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti dəfə Qarakazımlı, Dələli, Zərbiəlli Sarxanlı və Moranlı kəndindən olan seçiciləri ilə görüşdü.

Əvvəlcə deputatlığa namizəd Əfqan Bəhlul oğlu Quliyev ağsaqqalların iştirakı ilə, Dələli kəndindən şəhid Alışov Teymur Əliyusif oğlu, Eyvazov Etibar Əbil oğlunun və Qarakazımlı kəndindən şəhid Muradov Murad Həzi oğlunun məzarlarını ziyarət edərək ruhuna dualar oxudular.

Sonra deputatlıga namizəd, kənd seçiciləri ilə görüş keçirdi və vətəndaşların müraciət və problemlərini dinləyərək seçicilərin suallarını cavablandırdı.  Günün ikinci yarısı isə Əfqan Quliyev Təzəkənd kəndindən olan seçicilərin yenidən müraciəti əsasında onlarla görüş keçirdi. Seçiciləri narahat edən sosial problemləri dinləyən Əfqan Quliyev onların həlli yolu haqqında geniş açıqlama verdi. Görüş səmimiyyət şəraitində keçdi.

Sonda seçicilər Əfqan Quliyevə səs verəcəklərini bildirdilər.

  

 

 






Fikirlər