Deputatlığa namizəd ƏFQAN QULİYEV növbəti görüşünü keçirtdi - FOTOLAR

68  saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd ƏFQAN Bəhlul oğlu QULİYEV təbliğat-təşviqat kampaniyası çərçivəsində bu dəfə Təzəkənd kəndinin  seçiciləri ilə görüşdü.

Əvvəlcə Deputatlığa namizəd Əfqan Bəhlul oğlu Quliyev ağsaqqalların iştirakı ilə, Qarabağ döyüşlərində şəhid olmuş Fətiyev Elxan Şükür oğlu və Hacıyev Akif Əmiraslan oğlunun məzarlarını ziyarət edərək ruhuna dualar oxudular. Sonra şəhid Fətiyev Elxanın atası ilə görüşərək onların evində qonaq oldu. Şəhidin atası, Elxanın keçdiyi döyüş yolundan və şücaətindən  qonaqlara danışdı. Sonra deputatliga namizəd, kənd seçiciləri ilə görüş keçirdi və vətəndaşların müraciət və problemlərini dinləyərək seçicilərin suallarını cavablandırdı.

Sonda seçicilər Əfqan Quliyevə SƏS verəcəklərini bildirdilər.






Fikirlər