Pənah Hüseynin qızı deputatlığa namizəd oldu - FOTO

 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin qızı Günay Hüseyn 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Strateq.az xəbər verir ki, bu barədə report.az-a həmin seçki dairəsindən məlumat verilib.
 
Strateq.az onu da bildirir ki, sözügedən dairədən YAP-ın rəsmi namizədi deputat Şəmsəddin Hacıyevdir.
 
Xatırladaq ki, Pənah Hüseyn namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Onun namizədliyi qeydə alınıb.






Fikirlər