Əsas Səhifə > Hadisə > Bakıda yaşayış binasında yanğın -
Bakıda yaşayış binasında yanğın -17-04-2017, 18:30 |
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb Geri qayıt |