Bakıda yaşayış binasında yanğın - 10 nəfər TƏXLİYƏ EDİB

trend_baku_building_fire_280213_091492437122 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb






Fikirlər