Bakıda binada yanğın - Sakinlər təxliyyə olundu

“Bakıda binada yanğın - Sakinlər təxliyyə olunduBakıda çoxmənzilli yaşayış binasında yanğın olub.

 Azərtaym.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanıb.

Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.






Fikirlər