Bakıda yaşayış binasında dəhşətli yanğın – YENİLƏNİB (Foto+Video

Bakıda yaşayış binasında dəhşətli yanğın – YENİLƏNİB (Foto+VideoBinəqədi rayonunda (Azadlıq prospekti, Metronun "Azadlıq" stansiyasının yaxınlığı) dəhşətli yanğın hadisəsi baş verib.


"AzerTaym.az" AzNews.az-a istinadən xəbər verir ki, yanğın bir neçə dəqiqə əvvəl 16 mərtəbəli binada başlayıb.

11:10

***

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub.
Hazırda xilasedicilər sakinlərin evakuasiyasına başlayıb. Məlumata görə, maşınlara da ziyan dəyib. İnsan tələfatı barədə hələ ki məlumat verilmir.

Jurnalist Əzizə İsmayılovanın Facebookda yazdığı məlumata görə, binadan partlayış səsləri gəlir.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir.

***

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın birinci mərtəbədən başlayıb. Bir neçə snaiyə ərzində isə bütün binanı əhatə edib. Binada 54 mənzil var.[
/size]

Bakıda yaşayış binasında dəhşətli yanğın – YENİLƏNİB (Foto+Video
Bakıda yaşayış binasında dəhşətli yanğın – YENİLƏNİB (Foto+Video
Bakıda yaşayış binasında dəhşətli yanğın – YENİLƏNİB (Foto+Video






Fikirlər