Bakıda çoxmərtəbəli binada yanğın: 20 sakin təxliyə edildi

Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.
 
 AzerTaym.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib.
Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə edilib.
Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.






Fikirlər