Əsas Səhifə > Hadisə > GƏDƏBƏYDƏ AĞIR QƏZA:
GƏDƏBƏYDƏ AĞIR QƏZA:4-06-2018, 10:52 |
Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var. APA-a xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır. *** “Qafqazinfo” hadisə ilə bağlı Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, 2 nəfər elə hadisə yerindəcə ölüb. Onların ikisi də sürücüdür. Yaralılar xəstəxanaya daxil olarkən vəziyyətləri orta-ağır olub. Geri qayıt |