GƏDƏBƏYDƏ AĞIR QƏZA: - 2 ÖLÜ, 4 YARALI...

Gədəbəydə ağır qəza

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.  

 APA-a  xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. 

Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. 

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

***

“Qafqazinfo” hadisə ilə bağlı Gədəbəy Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, 2 nəfər elə hadisə yerindəcə ölüb. Onların ikisi də sürücüdür. Yaralılar xəstəxanaya daxil olarkən vəziyyətləri orta-ağır olub. 
Hazırda bütün yaralılar Gəncə xəstəxanasına köçürülüb, vəziyyətləri normaldır.






Fikirlər