Gədəbəydə “VAZ” aşdı - sürücü öldü - YENİLƏNİB

 

Ötən gecə Gədəbəy rayonun Qurudərə kəndində “VAZ21099” markalı avtomobilin aşması nəticəsində ağır bədən xəsarətləri alaraq, Gəncədə olan xəstəxanaların birinə çatdırılan sürücü, rayonun Kəlman kənd sakini, 1970-ci il təvəllüdlü Mehdi Cəfərov tibbi yardımlara baxmayaraq orada ölüb. 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

*** 

05:03 

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qurudərə kəndində qeydə alınıb. 

Rayonun Kəlman kənd sakini, 1970-ci il təvəllüdlü Mehdi Cəfərov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Gəncədə olan xəstəxanaların birinə aparılıb. 

Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.






Fikirlər