Əsas Səhifə > Hadisə, Slayd > Beynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıb
Beynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıb7-08-2015, 16:34 |
![]() “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Konserni”nin prezidenti İbrahim İbrahimovun (Hacı İbrahim Nehrəmli)yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) çağrılması Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı iç adamlarının istintaqa cəlb olunmaları bağlı məsələyə nöqtə qoyulmadığını göstərdi. Ekspertlər vəziyyəti çıxalmaz kimi dəyərləndirirlər. Çünki, bankdan külli miqdarda kredit götürən iş adamlarının əksəriyyəti faktiki olaraq həmin pulları talan ediblər və indi onlar faktiki olaraq bu pulları qaytarmaq imkanları yoxdur. Məsələn, Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankından götürdüyü pullar faizləri ilə birlikdə 600 milyon manat həddində olması haqqında məlumat var, iş adamı özü də mediaya açıqlamasında bu məlumatları qismən təqdiləyib və 450 milyon manat borcu olduğunu etiraf edib. ![]() “Turan” agentliyinin məlumatına görə hazırda “Bandotdel”də Beynəlxalq Banka kreditlərini ödəyə bilməyən 20-yə yaxın sahibkarın saxlanılır, 7400 nəfərin isə ölkədən çıxışına qadağa qoyulub. Cəmiyyəti isə, başqa bir məsələ, ciddi təminat olmadan, faktiki olaraq girovsuz və ödəniş qabiliyyəti təsdiq olunmadan yüz miyonlarla pulun kredit kimi verilməsinbə şərait yaradan Azərbaycan Beynəlxaql Bankının keçmiş rəhbərliyinin məsuliyyətdən kənarda qalmasıdır. Cəmiyyət belə hesab edir ki, Azərbaycan Beynəlxaql Bankının yüz milyonlarla manat vəsaitini kredit altında talan edilməsində saxtakar iş adamları ilə yanaşı bankın keçmiş rəhbərliyi də məsuliyyət daşıyır. 3 aydır davam edən və hələ də 100 milyonlarla vəsaiti girovsuz verənlərin məsuliyyətə cəlb olunmaması cəmiyyətdə və beynəlxalq maliyyə dairələrində çox pis fikirlər yaradır. ![]() Məlumata görə, “Premyer Müştəri Xidmətləri” Filialın keçmiş müdiri Fuad Cəfərov artıq bir həftədir ki, hər gün dindirilməyə çağrılır. Onun və Emil Mustafayevin şağrılmasına Hacı İbrahim Nehrəmlinin istintaqa verdiyi ifadənin səbəb olduğu da azərtaym.az-a daxil olan məlumatlar sırasındadır. Bu şəxslərin həbsinin də gündəmdə olduğu vurğulanır. P.S. Yazıda istifadə olunan "fotokollajlar" musavat.com-a məxsusdur! Geri qayıt |