Beynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıb

Beynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıbBeynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıb


Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Konserni”nin prezidenti İbrahim İbrahimovun (Hacı İbrahim Nehrəmli)yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) çağrılması Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı iç adamlarının istintaqa cəlb olunmaları bağlı məsələyə nöqtə qoyulmadığını göstərdi.

Ekspertlər vəziyyəti çıxalmaz kimi dəyərləndirirlər. Çünki, bankdan külli miqdarda kredit götürən iş adamlarının əksəriyyəti faktiki olaraq həmin pulları talan ediblər və indi onlar faktiki olaraq bu pulları qaytarmaq imkanları yoxdur. Məsələn, Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankından götürdüyü pullar faizləri ilə birlikdə 600 milyon manat həddində olması haqqında məlumat var, iş adamı özü də mediaya açıqlamasında bu məlumatları qismən təqdiləyib və 450 milyon manat borcu olduğunu etiraf edib.

Beynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıb Oxucular üçün aydın olsun deyə bu məsələyə aydınlıq gətiririk ki, 450 milyon Hacı İbrahim Nehrəmlinin özünün, yaxın qohumlarının və dostlarının adına rəsmiləşdirdib Azərbaycan Beynəlxalq Bankdan götürdüyü pullardır. İş adamı borcunun siyahısına həmin 450 milyon manatın faizlərini əlavə etmir. Halbuki, hər ay Hacı İbrahimin borcu ödənməyən faizlərin hesabına 40-45 milyon manat artır.

“Turan” agentliyinin məlumatına görə hazırda “Bandotdel”də Beynəlxalq Banka kreditlərini ödəyə bilməyən 20-yə yaxın sahibkarın saxlanılır, 7400 nəfərin isə ölkədən çıxışına qadağa qoyulub. Cəmiyyəti isə, başqa bir məsələ, ciddi təminat olmadan, faktiki olaraq girovsuz və ödəniş qabiliyyəti təsdiq olunmadan yüz miyonlarla pulun kredit kimi verilməsinbə şərait yaradan Azərbaycan Beynəlxaql Bankının keçmiş rəhbərliyinin məsuliyyətdən kənarda qalmasıdır. Cəmiyyət belə hesab edir ki, Azərbaycan Beynəlxaql Bankının yüz milyonlarla manat vəsaitini kredit altında talan edilməsində saxtakar iş adamları ilə yanaşı bankın keçmiş rəhbərliyi də məsuliyyət daşıyır. 3 aydır davam edən və hələ də 100 milyonlarla vəsaiti girovsuz verənlərin məsuliyyətə cəlb olunmaması cəmiyyətdə və beynəlxalq maliyyə dairələrində çox pis fikirlər yaradır.

Beynəlxalq Bankın keçmiş rəhbərliyi “Bandotdel”ə çağrılıb"Azərtaym.az"-a daxil olan məlumatda görə isə, bu yalnız üzdə belədir. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin əksəriyyəti artıq dindirilmələrə cəlb olunublar. Məlumata görə, “Bandotdel”ə dəvət olunanlar arasında Azərbaycan Beynəlxalq Bankı İdarə Heyyəti sədrinin sabiq birinci müavini Emil Mustafayev, Bankın “Premyer Müştəri Xidmətləri” Filialın keçmiş müdiri Fuad Cəfərov da var.

Məlumata görə, “Premyer Müştəri Xidmətləri” Filialın keçmiş müdiri Fuad Cəfərov artıq bir həftədir ki, hər gün dindirilməyə çağrılır. Onun və Emil Mustafayevin şağrılmasına Hacı İbrahim Nehrəmlinin istintaqa verdiyi ifadənin səbəb olduğu da azərtaym.az-a daxil olan məlumatlar sırasındadır. Bu şəxslərin həbsinin də gündəmdə olduğu vurğulanır.


P.S. Yazıda istifadə olunan "fotokollajlar" musavat.com-a məxsusdur!






Fikirlər