Əsas Səhifə > Hadisə > İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur, amma
İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur, amma29-05-2020, 20:49 |
“Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları açılmayacaq Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində verilib. Məlumatda o da qeyd olunub ki, iri ticarət mərkəzləri və “Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisnadır, yəni həmin məkanlar açılmayacaq. Geri qayıt |