İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur, amma bir ŞƏRTLƏ

İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur, amma bir şərtlə

“Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları açılmayacaq

 Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur. Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 Bildirilib ki, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində verilib.

 Məlumatda o da qeyd olunub ki, iri ticarət mərkəzləri və “Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisnadır, yəni həmin məkanlar açılmayacaq.






Fikirlər