"28 Mall"da bomba həyacanı - Ticarət mərkəzi BOŞALDILDI

"28 Mall"da bomba həyacanı -

Bu gün səhər saatlarında 28 May metrostansiyası yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzində bomba həyəcanı yaşanıb.

Şahidlərin publika.az-a verdiyi məlumata görə, hüquq mühafizə orqanlarina "28 Mall" ticarət mərkəzinə bomba qoyulduğu haqqında məlumat daxil olub.
Əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzini boşaldıb.
Hazırda ərazidə əməliyyat axtarış tədbirləri davam edir.

 






Fikirlər