19.08.2014- Karateçilərimiz erməniləri məğlub etdi-VİDEO

19.08.2014- Karateçilərimiz erməniləri məğlub etdi-VİDEO Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan karateçilərimiz rəqibi biabırcasına məğlub ediblər.

PİASPORT-un məlumatına görə, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar. Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər. Diqqət mərkəzində olan o döyüşü və yarışdan sonra qaliblərin müsahibələrini təqdim edirik.

piasport







Fikirlər