18.03.2014. - Dostu Hüseyn Dəryanı parodiya etdi (VİDEO)

18.03.2014. -  Dostu Hüseyn Dəryanı parodiya etdi (VİDEO)ANS televiziyasında Hüseyn Dərya yad edilib.

ANS PRESS-in məlumatına görə, ötən gün ANS telekanalında yayımlanan "Adam içində" verilişində vəfat etmiş məşhur rep ifaçısı Hüseyn Dəryanın ölümü ilə bağlı faktlar açıqlanıb. Elgiz Əkbər və Afət Rahilqızının təqdimatında gedən proqramda sənətçinin ailə üzvləri və yaxın dostları iştirak ediblər.

Veriliş boyunca reper yad edilib, həyatı və sənəti barədə bir çox məqamlar açıqlanıb. Efirə çıxmaq üçün onun qarşısını alan, hər tərəfdən qapılarını bağlayan insanların adları açıqlanıb.

Ən maraqlısı isə studiyada əyləşən Hüseynin yaxın dostunun onun səsi ilə danışması olub. Sanki bir anlıq Dərya studiyaya endi, elə bir parodiya olundu ki, göz yaşı olmadan bu səsi dinləmək mümkün deyildi.

Həmin görüntüləri sizə təqdim edirik
.







Fikirlər