15.03.2014. - Hüseyn Dərya ölmək istəyir – (Yenilənib, Video)

15.03.2014. -  Hüseyn Dərya ölmək istəyir – (Yenilənib, Video)Ötən gün axşam saatlarında aeroport yolunda ağır yol qəzası keçirən tanınmış reper Hüseyn Dərya bu gün palataya yerləşdirilib.

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindən ANS-ə verilən məlumata görə, hazırda reperin vəziyyəti stabilləşib. Onun həyatı üçün təhlükə sovuşub.

“Hazırda xəstə ayılıb. Onun vəziyyəti normaldı. Özü sərbəst qidalanır və nəfəs almasında problem yoxdu. Bu gün Hüseyn Dərya palataya yerləşdirilib”, - deyə reanimasiya şöbəsindən bildirilib.

Xatırladaq ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobilini idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yolda qəzaya düşüb. O, qəza nəticəsində qapalı kəllə-beyin travması alıb, sağ bazu sümüyü sınıb. Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəzanın digər iştirakçısı, “KamAZ”ın sürücüsü Kamal Allahverdiyev isə APA TV-yə bunları deyib: “Gedirdim, arxadan vurdu. Düşdüm maşından, onun maşınının qapısını açdım, kömək elədim. Dedi ki, “ölmək istəyirəm””
.







Fikirlər