Əsas Səhifə > İdman > Futbolçularımız ŞƏHİDLƏRİMİZİ yad etdi
Futbolçularımız ŞƏHİDLƏRİMİZİ yad etdi4-04-2016, 08:30 |
Cəbhədə baş verən son hadisələrlə bağlı futbolçularımız əsgərlərə dəstək nümayiş etdiriblər. ANS PRESS-in məlumatına görə Premyer Liqanın XVIII turu çərçivəsində "Xəzər Lənkəran" - "Qarabağ" matçından öncə cəbhədəki son döyüşlərdə şəhid olan 12 hərbiçimizin xatirəsi yad olunub. Komandalar şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Bundan başqa "Xəzər Lənkəran” oyunçular meydançaya hərbi geyimdə çıxaraq ordumuza dəstəklərini ifadə ediblər.
Digər oyun -"Qəbələ"-"İnter" matçında da azarkeşlərimizin açdığı pankartlarda vətənpərvərlik və ordumuza dəstək sərgilənib.
Geri qayıt |