Futbolçularımız ŞƏHİDLƏRİMİZİ yad etdi - FOTO

Futbolçularımız şəhidlərimizi yad etdi - Foto

Cəbhədə baş verən son hadisələrlə bağlı futbolçularımız əsgərlərə dəstək nümayiş etdiriblər.

 
ANS PRESS-in məlumatına görə Premyer Liqanın XVIII turu çərçivəsində "Xəzər Lənkəran" - "Qarabağ" matçından öncə cəbhədəki son döyüşlərdə şəhid olan 12 hərbiçimizin xatirəsi yad olunub.  Komandalar şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Bundan başqa "Xəzər Lənkəran” oyunçular meydançaya hərbi geyimdə çıxaraq ordumuza dəstəklərini ifadə ediblər.
Digər oyun -"Qəbələ"-"İnter" matçında da azarkeşlərimizin açdığı pankartlarda vətənpərvərlik və ordumuza dəstək sərgilənib.






Fikirlər