23.08.2014- Ölkə çempionatı: "Bakı" "Qəbələ"yə qarşı

23.08.2014- Ölkə çempionatı: "Bakı" "Qəbələ"yə qarşıBu gün Azərbaycan Premyer Liqasında 3-cü turun oyunlarına start veriləcək.

Qol.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Bakı” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Oyun 18:00-da start götürəcək.

Turun digər iki görüşü isə sabah keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” və “Neftçi”nin oyunları bu komandaların Avropa Liqasının pley-off mərhələsində mübarizə apardıqları və avqustun 28-də növbəti görüşlərini keçirəcəkləri üçün başqa tarixə keçirlib.

23 avqust

18:00.“Bakı” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu,

24 avqust

19:00.“Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov
Zaqatala şəhər stadionu,


21:00.“İnter” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ramil Əhmədov
“İnter Arena” stadionu






Fikirlər