Rövnəq Abdullayevin sirli “11-liyi”...

AFFA-nın strukturunda İcraiyyə Komitəsi (İK) adlı icra orqanı da fəaliyyət göstərir. Azərbaycan futbolu ilə bağlı verilən bütün qərarları AFFA İK çıxarır. Əslində bu komitə Azərbaycan futbolunun problemlərini araşdırmalı, təkliflər verməli, onların həlli yollarını göstərməli və müvafiq qərarlar çıxarmalıdır.

Ancaq İK üzvlərinin işi ildə bir-iki dəfə AFFA-ya yığışıb kiminsə kabinetində hazırlanan qərarların qəbuluna ikiəlli səs verməkdən ibarətdir. İK-də təmsil olunan nümayəndələrin əksəriyyətinin Azərbaycan futboluna yaxından-uzaqdan aidiyyəti yoxdur. Onlar yalnız iclasdan-iclasa AFFA-nın binasına ayaq basırlar. Bir də millinin oyunları zamanı xarici səfərlərə yollanırlar, vəssalam.

AFFA İcraiyyə Komitəsinin strukturuna nəzər salaq. Komtənin 11 üzvü var. 1 yer AFFA prezidenti kimi Rövnəq Abdullayevə, 4 yer premyer-liqa klublarına, 2 yer Regional Futbol Federasiyalarına, 2 yer isə Sahə Futbol Təşkilatlarına məxsusdur. Daha 2 yer isə ictimai birliklərin nümayəndələri üçün nəzərdə tutulub.”də...



İndi isə gəlin nümayəndələrin seçimində baş verən qaranlıq məqamlara işıq salaq. Klublar üçün ayrılan 4 yer «Neftçi», «Bakı», «İnter» və AZAL-a verilib. İK-də «Neftçi»ni deputat Rauf Əliyev, «İnter»i veteran futbolçu Ələkbər Məmmədov, «Bakı»nı klubun prezidenti Hafiz Məmmədov, AZAL-ı isə «Neftçi»nin veteran futbolçusu Kazbek Tuayev təmsil edirlər.

İK-də ancaq Bakı klublarının nümayəndələri təmsil olunur. Əyalət komandalarına bircə yer də ayrılmayıb. Xüsusən də «Xəzər Lənkəran», «Qəbələ» kimi ciddi klubların AFFA İK-dən kənarda qalması təəccüb doğurur. Ancaq bu, İK-in formalaşmasında baş verən hələ çox xırda anormallıqdır.

Əsl anormallıq «İnter»in İK-də 2 nümayəndə ilə təmsil olunmasıdır. Ələkbər Məmmədov «İnter» klubunun nümayəndəsi kimi İK-dədirsə, komandanın sahibi Cahangir Hacıyev isə Regional Futbol Federasiyalarına ayrılan iki yerdən birini mənimsəyib. O, İK-də Bakı Futbol Federasiyasını təmsil edir. Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevlə AFFA və ARDNŞ prezidenti Rövnəq Abdullayevin olduqca isti münasibətləri var. Bu münasibətlər özünü «Şəfa» stadionunun satılması zamanı da büruzə vermişdi. Virtualaz.org-da bu barədə oxuculara başqa yazıda məlumat verəcəyik.

Regional Futbol Federasiyalarına ayrılan ikinci yeri isə veteran futbolçu İsgəndər Cavadov tutub. Onun namizədliyi Şimal Regional Futbol Federasiyası tərəfindən irəli sürülüb. Sahə Futbol Təşkilatlarına ayrılan iki yer də Rövnəq Abdullayevin yaxın adamlarına verilib. Çimərlik Futbol Federasiyası ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun, Uşaq və Gənclər Futbol Federasiyası isə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimovun namizədliyini dəstəkləyib.

Amma bu da hələ hamısı deyil. Əsl həngamə ictimai birliklərin namizədləri ilə bağlıdır. Sən demə, Azərbaycanda Futbolsevərlər Birliyi adlı ictimai təşkilat da varmış. Bu quruma AFFA İK-də bir yer ayrılıb. «Futbolsevərlər» də o yerə ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun namizədliyini irəli sürüb.

Futbol Veteranları İttifaqının namizədi də təəccüb doğurur. Veteranların namizədi kim olsa yaxşıdır?! Bakı Ali Neft Məktəbinin gənc rektoru Elmar Qasımov. Bu, o Elmar Qasımovdur ki, prezidentin fərmanı ilə təhsil nazirinin müavini postundan uzaqlaşdırılmışdı. Bundan sonra E.Qasımovu öz yaxın adamı Rövnəq Abdullayev himayəsinə götürdü, zəngin ənənələrə malik qosqoca Dövlət Neft Akademiyası ola-ola ARDNŞ-in vəsaiti ilə ona Bakı Ali Neft Məktəbi adlı “obyekt” açdı.

İndi bu, nə deməkdir: Azərbaycanda futbol veteranlarının sanballı bir nümayəndəsi olmadımı ki, futbola, ümumən idmana heç bir aidiyyəti olmayan Elmar Qasımovun namizədliyini irəli sürdülər?

Aydın görünür ki, Rövnəq Abdullayev İcraiyyə Komitəsini yalnız və yalnız özünə yaxın olan şəxslərdən formalaşdırıb. Onun sözündən çıxmayan, dediyi hər kəlməyə “bəli, bəli” deyən, kabinetlərdə hazırlanmış qərarları cani-dildən dəstəkləyən şəxslərdən...

Azərbaycan futbolunun rəzil durumda olmasının bir səbəbini də AFFA İcraiyyə Komitəsinin bu sirli tərkibində axtarmaq lazımdır. O qəribə “11-lik

Rövnəq Abdullayevin sirli “11-liyi”...

1. Rövnəq Abdullayev, AFFA prezidenti

Rövnəq Abdullayevin sirli “11-liyi”...

2. Rauf Əliyev, deputat

Rövnəq Abdullayevin sirli “11-liyi”...

3. Hafiz Məmmədov, “Bakı” futbol klubunun prezidenti, iş adamı

Rövnəq Abdullayevin sirli “11-liyi”...

4. Ələkbər Məmmədov, veteran futbolçu

Rövnəq Abdullayevin sirli “11-liyi”...

5. Kazbek Tuayev, veteran futbolçu

Rövnəq Abdullayevin sirli “11-liyi”...

6. Cahangir Hacıyev, Beynəlxalq Bankın prezidenti
Rövnəq Abdullayevin sirli “11-liyi”...


7. İsgəndər Cavadov, veteran futbolçu

Rövnəq Abdullayevin sirli “11-liyi”...

8. Mahir Məmmədov, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri

Rövnəq Abdullayevin sirli “11-liyi”...

9. Mirkamil Rəhimov, Gənclər və İdman Nazirliyi idman şöbəsinin rəisi

Rövnəq Abdullayevin sirli “11-liyi”...

10. Elşad Nəsirov, ARDNŞ-in vitse-prezidenti

Rövnəq Abdullayevin sirli “11-liyi”...

11. Elmar Qasımov, Bakı Ali Neft Məktəbinin rektoru






Fikirlər