“Ayaks” Bakıda futbol məktəbi açacaq

“Ayaks” Bakıda futbol məktəbi açacaq
AFFA-nın baş katibi Elxan Məmmədov Hollandiyanın paytaxtı Amsterdamda “Ayaks” Futbol Akademiyasının rəhbərliyi ilə görüşüb. Azertaym.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, akademiyanın nümayəndəsi Ed Van Şeyklə görüşdə AFFA ilə “Ayaks” Futbol Akademiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirə olunan əsas məsələ 2013-cü ildə Bakı şəhərində “Ayaks” Futbol Akademiyasının açılması olub. Tərəflər layihənin gerçəkləşdirilməsi üçün yaxın 2 ay ərzində bütün şərtlərin müzakirə olunması və müvafiq qərar qəbul edilməsi ilə bağlı razılıq əldə ediblər. Gələcəkdə yeniyetmə və gənc futbolçularımızın “Ayaks” Futbol Akademiyasında təhsil alması üçün Hollandiyaya göndərilməsi də müzakirə mövzusu olub.






Fikirlər