"Xəzər Lənkəran"ın futbolçusu ən gözəl qolu vurdu VİDEO

Ayın qolu seçilib
"Xəzər Lənkəran"ın futbolçusu ən gözəl qolu vurdu VİDEO
Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifinin adına aydınlıq gəlib.

Azertaym.az xəbər verir ki, "Xəzər Lənkəran"ın futbolçusu Elnur Abdullayev 2308 səslə ayın ən yaxşı qolunun müəllifi seçilib. Noyabr ayının ən yaxşı futbolçusunun isə adı hələlik bilinmir.

Məlumat üçün deyək ki, dekabrın 13-də Premyer Liqanın ən yaxşı oyunçusunun və qolunun müəllifinin təqdimat mərasimi təşkil olunacaq. Mərasim "Four Seasons" otelində keçiriləcək.

1. Elnur Abdullayev Xəzər Lənkəran 2308 səs, 45%
2. Risto Ristoviç Bakı 2037 səs, 40%
3. Marinaldo Silva Qarabağ 328 səs, 6%
4. Leonardo da Silva Qəbələ 270 səs, 5%
5. Stepan Polyak Simurq 144 səs, 3%







Fikirlər