Bakının bir neçə mərkəzi küçəsi bağlandı – FOTO

Bakının bir neçə mərkəzi küçəsi bağlandı –

Mikayıl Müşfiq küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb.

Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur.

Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

 

  






Fikirlər