Təbii taun ocaqlari nəzarətə götürüldü

Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiya təbii taun ocaqlarında müşahidələrə başlayıb.

 

Stansiyadan İnterpress.az-a verilən məlumata görə, payız fəslinin başlaması ilə əlaqədar təbuu taun ocaqlarında ikimərhələli proses həyata keçirilir. Birinci mərhələdə Naxçlvan və Abşeron yarmadasında gəmiricilərin sayı müşahidə aparılır. 

Müşahidə olunan gəmiriçi sayı həddindən artıq olarsa həmin ərazilərə müayinələr üçün zooqruplar göndərilir. 

Hələlik ikinci mərhələyə ehtiyac olmadığı bildirilir və Stansiya oktyabr ayından etibarən müşahidələri intensivləşdirmək niyyətindədir. 

Təbii taun ocaqlarına gəmiricilərin kütləvi məhvi üçün briqadaların göndərilməsi isə bu müşahidələrin nəticəsindən asılı olacaq. 

Ən böyük narahatlıq isə işğal altındakı təbii taun ocaqları ilə bağlıdır: “Laçın və Kəlbəcərdə təbuu taun ocaqları var, lakin onlar hazırda nəzarətdən kənardadır. Çünki ərazimizi işğal edənlərin həmin müşahidələri aparmaq üçün imkanı yoxdur. Dəfələrlə məsələ beynəlxalq təşkilatlar qarşısında da qaldırılıb, ancaq nəticə əldə etmək mümkün olmayıb”.






Fikirlər