“Bəşəriyyət utanmalıdır…” – Ərdoğan

 

erdoganQaçqınların kütləvi şəkildə Avropaya köçməsinə səbəb olan Yaxın Şərqdə yaranan vəziyyətə görə bütün bəşəriyyət utanmalıdır.
Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Moskvada məscidin açılışında iştirak edərkən söyləyib.
Qonşularımız olan ölkələr – Suriya, İraq, Misir və Liviyadan qaçqınlar Avropa sərhədlərinə sülh və rəhm üçün üz tutublar”, – Ərdoğan deyib.
Kədərimiz böyükdür, çünki insanların yalnız dini inanclarına riayət etmək, öz köklərini və torpaqlarını saxlamaq haqqından deyil, eləcə də əsas haqlarından – yaşamaq haqlarından məhrum edildiklərini görmək acı verir. Aralıq dənizinin sahillərində baş verənlər bütün bəşəriyyətin vicdanıdır. Bunun üçün bütün bəşəriyyət utanmalıdır” – türk lideri vurğulayıb.

 






Fikirlər