“Ukrayna NATO-ya üzv olmağa hazır deyil…” – Poroşenko

 

9172Ukrayna hazırkı məqamda NATO-ya üzv olmağa hazır deyil və alyans da eyni fikirdədir. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Lvovda NATO baş katibi Yens Stoltenberqalə birgə keçirdiyi brifinqdə bildirib.
“Ukrayna NATO üzvü olmağa hazırdımı? Cavab çox sadədir – yox. Biz buna hazırlaşmalıyıq. Ancaq mən deməliyəm ki, hər şey etməliyik ki, Ukraynanı dəyişdirək və onu Avropa Birliyinin üzvü edk. Amma NATO-nun qapıları Ukrayna üçün 2008-ci ildən açıqdır” – qeyd edib Poroşenko.
Öz növbəsində Stoltenberq bəyan edib ki, Kiyev ölkədə reformaları başa çatdırandan sonra NATO-ya üzvlük üçün ərizə verə bilər.

 






Fikirlər