PKK-ya qarşı əməliyyat: 34 terrorçu öldürüldü, 2 əsgər şəhid oldu

...

 

Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyat zamanı 2 əsgər şəhid olub, 8 əsgər, 1 mülki kənd gözətçisi yaralanıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, əməliyyat nəticəsində 34 terrorçu məhv edilib.

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının açıqlamasında qeyd olunur ki, separatçı terror təşkilatının mənsubları sentyabrın 24-də gecə 23:00 və 25 sentyabr saat 05:40 radələrində Şırnakın Beytüşşebap rayonuna basqın ediblər. Basqının dəf edilməsi zamanı iki əsgər şəhid olub, səkkiz əsgər və bir mülki gözətçi yaralanıb.

Basqının qarşısını almaq üçün PKK terrorçularına qarşı hava hücumu həyata keçirilib, nəticədə 34 terrorçu öldürülüb.

Məlumatda o da bildirilir ki, xəstəxanaya yerləşdirilən yaralı şəxslərin həyatına təhlükə yoxdur (APA)  

 






Fikirlər