İŞİD İrana keçdi- MƏHV EDİLDİ

İŞİD İranda at oynada bilmədi.

Bu barədə İranın Quru qoşunlarının komandanı Əmir Əhməd Reza Purdastan bazar ertəsi bəyan edib.

“Fevral-mart aylarında İŞİD yaraqlıları İran ərazisinə daxil olublar, kamekadze kəməri olan iki terrorçu Quru qoşunlarının qüvvələri tərəfindən dərhal məhv ediliblər”, - Purdastanın sözlərindən “Tasnim” agentliyi sitat gətirib. 

İran hərbçisi hücumun ölkənin hansı ərazisində baş verdiyini dəqiqləşdirməyib, amma qeyd edib ki, hazırda sərhədlərdə heç bir təhlükə yoxdur.(mir.az)






Fikirlər