Əsas Səhifə > Kriminal > Bakı metrosunda qorxunc anlar -

Bakı metrosunda qorxunc anlar -


15-08-2017, 08:38

Bakı Metropoliteninin "Xalqlar Dostluğu” stansiyasında intihara cəhd hadisəsi baş verib.

AzerTaym.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə ötən gün saat 13:30 radələrində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, gənc oğlan intihar məqsədi ilə özünü relslərin üstünə atıb. Maşinist son anda qatarı saxlayıb və gənc xilas edilib.
"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, insident zamanı gənc qolunu sındırıb. 
 
 

Geri qayıt