Bakı metrosunda qorxunc anlar - Gənc oğlan özünü relslərin üstünə atdı/ VİDEO

Bakı Metropoliteninin "Xalqlar Dostluğu” stansiyasında intihara cəhd hadisəsi baş verib.

AzerTaym.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə ötən gün saat 13:30 radələrində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, gənc oğlan intihar məqsədi ilə özünü relslərin üstünə atıb. Maşinist son anda qatarı saxlayıb və gənc xilas edilib.
"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, insident zamanı gənc qolunu sındırıb. 
 
 






Fikirlər