Bakı metrosunda qorxulu anlar: ölən var - FOTO

Bakı metrosunda qorxulu anlar: ölən var - FOTOHadisə metronun “Gənclik” stansiyasında baş verib
Bu gün səhər saatlarında Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.


Anspress-in məlumatına görə, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.

Dərhal təcili yardım xidmətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır.

Faktla bağlı araşdırma aparılır.


Bakı metrosunda qorxulu anlar: ölən var - FOTO






Fikirlər