28.03.2014. - Avtoservisdə bədbəxt hadisə: ölən var

28.03.2014. -  Avtoservisdə bədbəxt hadisə: ölən var
28.03.2014. -  Avtoservisdə bədbəxt hadisə: ölən var













Abşeron rayonunun Masazırdakı avtoservisdə bədbəxt hadisə nəticəsində işçi ölüb. Rayon Polis İdarəsindən AzerTaym.az-a verilən məlumata görə, avtoservisdə işləyən 1989-cu il təvəllüdlü Azad Bəhrəm oğlu Məlikov tikilinin damından yıxılıb.

Ağır yaralı halda xəstəxanaya aparılarkən Azad Məlikov dünyasını dəyişib.

Hazırda polis onun hansı şəraitdə damdan yıxıldığını araşdırır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir
.






Fikirlər