16.05.2014. - Metroda yanğın (VİDEO YENİLƏNİB)

16.05.2014. - Metroda yanğın (VİDEO YENİLƏNİB)16.05.2014. - Metroda yanğın (VİDEO YENİLƏNİB)












[b]Metro qatarında başlayan yanğın söndürülüb.[/b] ANS əməkdaşının hadisə yerindən verdiyi xəbərə görə, hadisənin baş verdiyi qatar depoya aparılıb. İlkin ehtimala görə, yanğının qatarın araqatında (proqlatka) baş vermiş isinmə səbəbindən meydana gəldiyi güman olunur.

[b]Hazırda qatarların hərəkəti bərpa olunub[/b

***08.21

[b]Bu səhər saat 8 radələrində Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş verib. [/b]

ANS-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə metronun Koroğlu stansiyasında meydana gəlib.

Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub.

Məlumata görə, hazırda sərnişinlər stansiyadan təxliyyə olunublar.

Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb.

Hadisə şahidləri bildiriblər ki, Qara Qarayev stansiyasında da qatarın hərəkəti dayandırılıb və maşinist fasilənin təhlükəsizlik qaydalarına riayət etmək üçün yarandığını deyib. Bəzi sərnişinlər isə qatarda yanıq iyi hiss etdiklərini bildirmişdilər.







Fikirlər