Bakıda kişi özünü qatarın altına atdı, sağ qaldı - Metroda gərgin anlar

Bakıda metropoliteninin "Koroğlu” stansiyasında intihara cəhd olub.

Bu barədə BakiPost.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb.

İntihara cəhd edən şəxsin Nardaran sakini, 1951-ci təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu olduğu müəyyən edilib.

 Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bundan əlavə, qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.

 






Fikirlər