23.09.2014 -“Ayfon 6” –1695 AZN -Bakıda

23.09.2014 -“Ayfon 6” –1695 AZN -BakıdaDünyaca məşhur "Əpl" (“Apple”) şirkəti bir neçə gün öncə yeni məhsulu - Ayfon-6 (“Iphone”) və Ayfon-6 Plyus - dünya ictimaiyyətinə təqdim etdi.

AzerTaym.az Bakıdakı telebon dillerlərindən birindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Ayfon-6 artıq ölkəmizə gətirilib.

Lakin bir çox ölkələrdən fərqli olaraq, ölkəmizdə bu telefonların satışında ilkin qiymət kəllə-çarxa çıxıb. Belə ki, Ayfon-6 alıcılara minimum 1695 manata təklif olunur.

Xatırladaq ki, mobil nəhənginin istehsal olunduğu ölkədə operatorlar bu telefonları öz müştərilərinə 199 və 299 dollara satır.







Fikirlər