16.09.2014- iPhone 6-ya rekord sayda sifariş

16.09.2014- iPhone 6-ya rekord sayda sifarişApple şirkətinin son istehsalı olan iPhone 6 və iPhone 6 Plus yeni smartfonlarına rekord sayda ilkin sifariş qeydə alınıb.

ANS-in məlumatına görə, dünyada 24 saat ərzində 4 milyon insan iPhone 6 və iPhone 6 Plus üçün sifarişlər verib.

Qeyd edək ki, iPhone 6 və iPhone 6 Plus smartfonları sentyabrın 9-da təqdim edilib. Sentyabrın 12-dən ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyadan olan alıcılar smartfonlara sahib olmaq üçün sifarislərini veriblər.

Bu ölkələrdə Apple Store mağazalarında yeni iPhone-un rəsmi satışı 19 sentyabrdan başlanacaq







Fikirlər