AYTƏN SƏFƏROVA "Maşın" şouda QALMAQAL yaşadığı Mətanətin bu GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO

Aytən Səfərova "Maşın" şouda qalmaqal yaşadığı Mətanətin bu GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO

Aytən Səfərova sosial şəbəkədə bir vaxtlar dostluq etdiyi həmkarı Mətanət Əliverdiyeva ilə səmimi görüntülərini paylaşıb.

AzerTaym.az xəbər verir ki, A.Səfərova paylaşdığı videoda M.Əliverdiyeva ilə bir vaxtlar yaxın rəfiqə olduğunu və onunla duz-çörək kəsdiyini xatırladıb.

Aparıcının adından instaqram səhifəsində "Maşın" şounun dünənki bölümündə onu dəstəkləyən hər kəsə minnətdarlıq ünvanlanıb:

“Qarşısında baş əyiləcək insanlarımız, mərd, dürüst, düzgünlüyün tərəfində olan bacılarımız və ağbirçək qardaşlarımız göndərdiyiniz səsləri halal edin. Təklənən bir qadının arxasında dayandığınız üçün təşəkkürlər”.

Qeyd edək ki, “Maşın” şounun səkkizinci günündə səsverməyə çıxan Cavidan Novruz hədəfinin Aytən Səfərova olduğunu elan etmişdi. Veriliş boyu Aytən Səfərova və Mətanət Əliverdiya arasında gərgin anlar yaşanıb. Aytən Mətanət haqqında bunları deyib:

“Onunla duz-çörək kəsmişdik. Görünür ki, duz-çörək keçən əsrdə qalıb, insanlara həqiqətən də yaxşılıq yoxdur”.

Xatırladaq ki, keçən il 106.3 Fm-də, “Boomerang” səhər şousunu Raqif Raufoğlu ilə birlikdə məşhur aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova aparırdı.






Fikirlər