DÜNYA 7-dən BÖYÜKDÜR - Ərdoğan G7 sammitində + FOTOLAR/VİDEO

 

Böyük yeddilik” (G7) ölkələrinin liderlərinin sammitinə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Afrika və Aralıq dənizi - süni intellekt və energetika” yüksək səviyyəli iclasında iştirak edir.

Musavat.com xəbər verir ki, qapalı keçiriləcək müzakirələr çərçivəsində Ərdoğanın G7 liderlərinin diqqətini Yaxın Şərq və Ukraynadakı vəziyyətə cəlb edəcəyi, Ankaranın bölgədə sülhün və sabitliyin təmin edilməsinə, ehtiyacı olanlara humanitar yardımın göstərilməsinə töhfə vermək əzmini vurğulayacağı bildirilib.

Ərdoğan sammitlə bağlı X sosial şəbəkəsində yazıb ki, G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözləyirik.

Ümid edirəm ki, bu gün İtaliyada keçirilən G7 Liderlər Zirvəsi bəşəriyyət üçün faydalı olacaq. Qlobal problemlərin və regional münaqişələrin həllində G7-dən daha ədalətli, əhatəli və realist bir yanaşma gözlədiyimizi vurğulamaq istərdim”, - o bildirib.

 

 

 






Fikirlər