Əsas Səhifə > Maqazin > Eltondan Zaur Kamala
Eltondan Zaur Kamala2-08-2016, 09:51 |
"Xəzər" televiziyasında yayımlanan "5-də 5" verilişində qonaq olan müğənni Elton Hüseynəliyev aparıcı Zaur Kamala iradını bildirib. Ölkə.Az-ın məlumatına görə, efirə ansamblı ilə gələn sənətçi ifasının vaxtından əvvəl kəsilməsinə etiraz edib: "Bilmirəm ki, niyə belə olur? Hər dəfə efirə ansamblla gəlirsən, canlı oxumaq istəyirsən. Cəmi iki mahnı oxuyursan, qalanları da parça-parça ifa etməli olursan. Sonra deyirlər ki, vaxt bitdi". Proqramın digər qonağı Natəvan Həbibi də Eltonun dediklərini təsdiqləyib: "Sonra elə bilərlər ki, mahnını bilmədiyimiz üçün dayandırılıb". Zaur Kamal isə müğənnilərin iradına belə cavab verib: "Xeyr, mən reklamları oxuyanda fonda sizin səsiniz gəlirdi. Eybi yox, Natəvanla konsert verərsiniz, gəlib dinləyərlər". Geri qayıt |