İqbal Ağazadə gənc xanımın evinə qoçular göndərib? - Rəqibindən deputata ağır ittihamlar

 

Seçki yaxınlaşdıqca namizədlər arasında rəqabət də qızışmağa başlayıb. Sözsüz ki, ən gərgin dairələrdən biri də 35 saylı Xətai seçki dairəsidir.

Burada 2013-cü il prezident seçkilərində də mübarizə aparmış Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə və Ümid partiyasının sədri İqbal Ağazadə bir-birlərinə rəqibdirlər. İki partiya sədrinin rəqabəti artıq az qala düşmənçiliyə çevrilib.

Strateq.az Ölkə.az-a istinadən xəbər verir ki, Araz Əlizadə rəqibi İqbal Ağazadə və onun qardaşı İlqar Ağazadə haqqında olduqca sensasion iddialar irəli sürüb:

"Dairə seçki komissiyasındakı səlahiyyətli nümayəndəm Günel Rauf qızı Babayevanın şikayəti əsasında oktyabrın 5-də İqbal Ağazadəyə seçki qanununu pozduğuna və seçiciləri satın almaq cəhdina görə, xəbərdarlıq edilib. Oktyabrın 7-də iki nəfər Günel Babayevanın evinə gəliblər. Evdə Günel Babayevanın anası olub. Hədə-qorxu gəliblər ki, biz onu özümüzlə aparmalıyıq. Günel Babayevanın anası onlara gələn şəxslərin maşınlarının nömrəsini yazıb, 50 BZ 661. Biz polisə müraciət etdik, polis onları saxladı. Məlum oldu ki, bu iki nəfər qoçu İqbal Ağazadənin qardaşı İlqar Ağazadənin Asfalt-beton zavodunun işçiləridir.

Onlar ifadəsində bildiriblər ki, İlqar Ağazadə tərəfindən Günel Babayevanın evinə göndəriliblər ki, səlahiyyətli nümayəndəm onları işə götürsün, onlar da mənim seçki "fırıldaqlarımı" toplayıb İlqar Ağazadəyə xəbər versinlər.

Bu, ağılasığan arqument deyil. Bir qızın evinə gəlirlər, deyirlər ki, o, bizlə getməlidir. Sonra da ifadə verirlər ki, biz işə düzəlməyə gəlmişdik. Günel Babayevə işə adam götürəndir? Onların məqsədi əslində səlahiyyətli nümayəndəmi qorxutmaq olub. İndi o iki şəxs yaxalanıblar. Polis də bu haqda məlumat yayıb, ancaq mətbuat bunu niyə yazmır?".






Fikirlər