Əsas Səhifə > Siyasət > Ərdoğanın kürəkəni İlham Əliyevə

Ərdoğanın kürəkəni İlham Əliyevə


11-07-2017, 13:55

Ərdoğanın kürəkəni İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Türkiyənin enerji və təbii sərvətlər naziri, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak 22-ci Dünya Neft Konqresində iştirak edən ölkə rəhbərlərinə öz dillərində təşəkkür edib.

"Qaynarinfo" xəbər verir ki, nazir "Twitter"də tədbirə qatılan Azərbaycan prezidenti İlham Əliyevə də təşəkkürünü bildirib.

"Dəvətimizi qəbul edib, WPC-yə gələrək bizi şərəfləndirən Azərbaycan Prezidenti Hörmətli İlham Əliyevə təşəkkür edirik" deyə Berat Albayrak yazıb.

 

 


Geri qayıt