Ərdoğanın kürəkəni İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi (FOTO)

Ərdoğanın kürəkəni İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Türkiyənin enerji və təbii sərvətlər naziri, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak 22-ci Dünya Neft Konqresində iştirak edən ölkə rəhbərlərinə öz dillərində təşəkkür edib.

"Qaynarinfo" xəbər verir ki, nazir "Twitter"də tədbirə qatılan Azərbaycan prezidenti İlham Əliyevə də təşəkkürünü bildirib.

"Dəvətimizi qəbul edib, WPC-yə gələrək bizi şərəfləndirən Azərbaycan Prezidenti Hörmətli İlham Əliyevə təşəkkür edirik" deyə Berat Albayrak yazıb.

 

 






Fikirlər