Abbas Abbasov Rusiyada niyə təklənir?

Abbas Abbasov Rusiyada niyə təklənir?Fevralın 14-də Moskvada “Şəhriyar” ədəbi cəmiyyətinin üzvləri Mirabbas Ağdabanlı və Əşrəf Hüseynlinin kitablarının təqdimatına həsr olunmuş poeziya axşamı keçirilib.

Bu barədə moderator.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, tədbirdə azərbaycan diasporunun fəalları, Azərbaycanın tanınmış alimləri, qələm əhli və gənclər iştirak edib. Tədbirdə çıxış edən natiqlər Rusiya Azərbaycan diasporunun həyat və fəaliyyətindən söz açaraq, son zamanlar diasporda baş verən hadisələrə görə narahatçılıqlarını bildiriblər.

Səfir müavini Qüdsi Osmanov çıxışında diaspor nümayəndələrini birliyə çağıraraq, Rusiya-Azərbaycan xalqlarının dostluğuna xidmət edən vahid monolit diasporun vacibliyini vurğulayıb. Eyni zamanda o, Abbas Abbasovu və onun ətrafını Azərbaycan diasporunun bölünməsinə səbəb olan siyasətdən əl çəkmələrinə və diasporun nifaqına deyil, birliyi naminə çalışmağa çağırıb.






Fikirlər