22.05.2014. - Abbas Abbasovun Moskvadakı “sxodka”sının “gizlinləri”

22.05.2014. - Abbas Abbasovun Moskvadakı “sxodka”sının “gizlinləri”Artıq neçə gündür ki, Azərbaycan KİV-ləri Moskva azərbaycanlılarının keçirəcəyi qapalı görüşdən yazırlar.

Xüsusi vurğulanır ki, bu görüş Azərbaycan baş nazirinin sabiq birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun təşəbbüsü ilə təşkil edilir.

Azərbaycan KİV-lərində yazılanlara görə, görüşdə söhbət yenə də gizli məsləhətləşmələrdən, siyasi təşəbbüslərdən və hakimiyyətə qarşı atılacaq hansısa addımlardan gedəcək.

Bəs görəsən, jurnalistlərin haqqında maraqla yazdıqları və guya Azərbaycanın taleyini dəyişə biləcək həmin görüş əslində nə görüşdür elə? Virtualaz.org bildirir ki, haqqin.az-ın əməkdaşı bu sualla birbaşa görüşün təşkilatçılarına müraciət edib. “AzerRos”dan bildirilib ki, böyük ehtimalla söhbət milli muxtariyyatların 15 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan “Azərbaycanlıların Rusiya tarixində rolu” adlı elmi-praktiki konfrasdan gedir: “Yeri gəlmişkən, həmin tədirdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı Rusiya hakimiyyətinin-Dövlət Dumasının, Moskva və Rusiya hökumətlərinin üzvləri və vətəndaş cəmiyyətinin təmsilçiləri də iştirak edəcəklər.

Konfrans mayın 26-da keçiriləcək. Amma onun gündəliyində Azərbaycan KİV-lərinin iddia etdiyi və guya hansısa məxfi məqsədləri hədəfləyən heç bir məsələ yoxdur. “Sxodka”nın iştirakçıları yalnız Rusiya-Azərbaycan əlaqələrinin tarixi, azərbaycanlıların və Azərbaycan icmasının Rusiyanın mədəni, iqtisadi və ictimai həyatındakı rolundan danışacaqlar. Çalışacağıq ki, uzun illər ərzində qazanılmış təcrübədən bundan sonra da qarşılıqlı əlaqələrimizin, xalqlarımızın inkişafı və xoş gələcəyi naminə istifadə olunmasına nail olaq”. Qurumdan o da bildirilib ki, konfransın yekununda Abbas Abbasov Rusiya Millətlər Evi ilə memorandum imzalayacaq.

Yeri gəlmişkən, “AzərRos” fürsətdən istifadə edərək haqqin.az və virtualaz.org-un Moskva müxbiri Yuliya Medvedevanı da “sxodka”ya dəvət edib.

Başqa sözlə, “sxodka”da öz adamımız olacaq və siz bir neçə gündən sonra bütün bu məsələlər haqda ilk məlumatı, necə deyərlər, birinci əldən ala biləcəksiniz.


virtualorg.az






Fikirlər