REKTORUN DÖYÜLƏN QIZI DA HƏBS OLUNA BİLƏR- Rəy- VİDEO

REKTORUN DÖYÜLƏN QIZI DA HƏBS OLUNA BİLƏR- Rəy- VİDEOHamlet İsaxanlı son açıqlamaları ilə qızının zərərçəkən kürsüsündən, cinayətkar kürsüsünə transferinə səbəbiyyət verir”


Bakı Apelyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb.
Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Onun qardaşı Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb. Yada salaq ki, martın 16-da xalqxeber.tv-də bir qadının döyülməsi əks olunan video yayılıb. Həmin videoda döyülən xanımın Ülkər İsayeva, onu döyən iki şəxsin isə Zaur və Elin Məmmədov qardaşları olduğu iddia olunurdu.
Sonradan yarımrəsmi məlumatda isə Ü.İsayevanın 9 mart 2015-ci ildə Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində adları yuxarıda çəkilən iki qardaş tərəfindən fiziki zorakılığa məruz qaldığı bildirilirdi.
Bakı şəhəri Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Yasin Mikayıllının 14 mart 2015-ci il tarixli vəsatəti əsasında, ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək, Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Zaur Məmmədov barəsində həbs qəti-imkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib. Ancaq Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Prokurorluğun həmin vəsatətini təmin etməmiş, Zaur və Elin Məmmədov qardaşlarını məhkəmə zalından sərbəst buraxmışdı. Hakim qərarını işdə adı zərərçəkən kimi keçən Ü.İsayevanın şikayətçi olmaması ilə əsaslandırmışdı. Bunun qarşılığında isə Prokurorluq rəsmisi bildirmişdi ki, Xətai rayon Məhkəməsinin həmin qərarından Bakı Şəhər Prokurorluğu apelyasiya protesti verib və protest təmin olunub.

Qardaşların anası Gülnarə Məmmədova məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırıb. G.Məmmədova məhkəmənin onun oğlu Zaurla bağlı çıxardığı iki aylıq həbs-qətimkan tədbirini ağır cəza hesab edib: “Zərərçəkən olmadığı halda, belə bir qərar mənə çox ciddi gəldi. Məhkəmənin ədalətinə ümid edirəm. Prosesdə şəxsən iştirak etməmişəm. Məhkəmə bağlı qapılar arxasında keçirilib”.
Jurnalistlər G.Məmmədovadan Hamlet İsaxanlının “Döyülən mənim qızım deyil, Katyadır” açıqlamasına münasibətini soruşublar. Onun cavabı isə belə olub: “Ümumiyyətlə, heç kəsi, heç bir qızı döyməyiblər. Siz həmin qanunsuz, necə ortaya çıxdığı məlum olmayan videoya baxmısınızsa, görməli idiniz. Orada heç kimi döymürlər. Sadəcə, qızı maşından düşürməyə çalışırlar. Oğlanların və qızın kimliyini mən bilmirəm. Və ümumiyyətlə, mən bütün bunları şəxsi həyata müdaxilə kimi qəbul edirəm”.
G.Məmmədova övladlarından hadisə barədə soruşub-soruşmaması haqda suala belə cavab verib: “Mənim oğlanlarım yetkin insanlardır. Onların 30 yaşları var. Mən onlardan heç vaxt, heç nə soruşmuram. Əgər, özləri danışmaq istəsələr, dinləyirəm. Mənim məhkəmə proseslərindən anlayışım azdır. Amma hakimin qərarı çox sərt oldu. Sanki mənim oğlum qatı cinayətkardır və ölkədən qaça bilərmiş kimi ona həbs-qətimkan tədbiri seçdi”.
REKTORUN DÖYÜLƏN QIZI DA HƏBS OLUNA BİLƏR- Rəy- VİDEOHəyat yoldaşının 13 il həbsdə olması haqda suala isə G.Məmmədovanın cavabı belə olub: Bunlar hamısı çox gülməli xəbərlərdir. Bunun məsələyə heç bir aidiyyatı yoxdur. Qanunda da deyildiyi kimi, bir insanın həbsdən azad olmasının üzərindən 7 il keçibsə, o, artıq “həbsdə olmamışam” deyə bilər. Biz dünən yoldaşımla bu xəbərləri oxuyurduq. O, bu yazılara hətta gülümsəyərək, reaksiya verdi."
G.Məmmədova həyat yoldaşının övladlarının həbsinə reaksiyasından da danışıb: “Təbii ki, çox pis oldu. Yoldaşımın az qala 70 yaşı olacaq. Təqaüdçüdür. Belə bir xəbər ona çox pis təsir etdi”.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qızının adı hallanan olayla bağlı müxbirimizin suallarını cavablandırıb. Deyib ki, qızı olmayan bir məsələni öz üzərinə götürüb.
Hüquqşünas deyir ki…
Hüquqşünas Ələsgər Məmmədli (Əhmədoğlu) özünün facebook profilində H.İsaxanlının müsahibəsinə münasibətini açıqlayıb. Hüquqşünas yazıb: “Son günlər bütün sosial şəbəkəni məşğul edən məlum hadisəyə müxtəlif yanaşmalar var. Mən bu tip məsələlərə ictimai əhəmiyyət kəsb etmədiyi müddətcə münasibət bildirməyi prinsip olaraq qəbul etmirəm. Lakin bu gün diqqətimi çəkən şəxsiyyətinə çox hörmət bəslədiyim Hamlet İsaxanlının “Yeni Musavat” qəzetində yayılan müsahibəsi oldu. Müsahibənin nə qədər obyektiv bizə çatdırıldığını bilmirəm. Lakin yayılan halı ilə Hamlet müəllimin yanaşması məni çox təəccübləndirdi. Birincisi, o, hadisə qurbanı olan qadının onun qızı olmadığını sadəcə qızının “qadın döyən dostlarını” qoruma məqsədi ilə həmin şəxsin məhkəmə ifadəsində bəyan etdiyini bildirir. Bununla da iki ciddi hüquq pozuntusunu əslində ihbar edir :

1. Qızı Ülkərin əsil zərərçəkənin (əgər doğru isə Katyanın) əvəzindən özünü zərərçəkmiş şəxs kimi təqdim edərək, zərərçəkənin hüquqlarını mənimsəyir.

2. Cinayət Məcəlləsinin 297-ci maddəsində Ülkərin hərəkətinin “Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə” maddəsi ilə cinayət əməli kimi tövsif edildiyini bilmədən, qızının zərərçəkən kürsüsündən, cinayətkar kürsüsünə transferinə səbəbiyyət verir. Diqqətimi çəkən bir məqam da videonun yayılmasının guya hüquq pozuntusu imiş kimi təqdim edilməsidir. Halbuki, hüquq pozuntusunun yayılması heç bir halda özəl həyata müdaxilə kimi təqdim edilə bilməz. Bunu çəkənin və ya yayanın kimliyindən asılı olmayaraq. Üstəlik, videonun küçələrə nəzarət edən ictimai asayişi gözətləyən kameralardan birinə aid olduğu çox aydın görünür. Və nəhayət, Hamlet müəllimin müsahibəsində gecənin yarısında şəhər eşkiyaları tərəfindən qadın döyülməsini qınayan bir yanaşmanın yoxluğudur. Ən dəhşətlisi də məncə budur!!!”
Sonda bildirək ki, bu hadisədə iştirak etmiş şəxsin barəsində məhkəmə həbs-qətimkan tədbiri seçməklə H.İsaxanlının “orda döyülən qızım yox, Katya adlı başqa qadındır” iddiasını tam sıradan çıxarmış oldu.
Mövzunu davam etdirəcəyik.(musavat.com)




REKTORUN DÖYÜLƏN QIZI DA HƏBS OLUNA BİLƏR- Rəy- VİDEOREKTORUN DÖYÜLƏN QIZI DA HƏBS OLUNA BİLƏR- Rəy- VİDEO
REKTORUN DÖYÜLƏN QIZI DA HƏBS OLUNA BİLƏR- Rəy- VİDEO






Fikirlər