08.05.2014. - Daha iki hərbi dənizçi həbs edildi

08.05.2014. -  Daha iki hərbi dənizçi həbs edildiAzərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) aşkarlanmış qanun pozuntuları ilə bağlı daha iki hərbçi həbs edilib.

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, HDQ-nin Yanacaq Xidmətinin rəisi, polkovnik-leytenant Kazım ƏsgərovHDQ-nin yanacaqdoldurma məntəqəsinin rəisi, baş miçman Kamandar Paşayev Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də yoxlamalar aparıb. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.






Fikirlər