Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. -VİDEO

 Köçəryanı Azərbaycanın sərhədinə gətirən

Ermənistan parlamentinın müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan həmkarları ilə Ermənistanın təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən Tavuş vilayətindəki Əskipara(Voskepar)- Güney(Kirants) sərhəd ərazisinə səfər edib və fortifikasiya işləri ilə tanış olub.
 
“Armtimes” nəşrinin yaydığı məlumata görə, bu barədə erməni qanunverici orqanının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.  
“İyulun 5-də Ermənistan Konstitusiyasının qəbul olunduğu gün edilən səfər təsadüfi olmayıb və daha çox sərhəd ərazisini əhatə edib. Artıq demarkasiya olunmuş Voskepar-Kirants hissəsi ilə aydın şəkildə müəyyən edilir ki, Ermənistan və Azərbaycan arasında demarkasiya prosesi start götürüb və danılmaz Ermənistan əraziləri buradan başlayır”, - məlumatda belə deyilir.
 
Xatırladaq ki, sözügedən ərazi Qazax rayonunun 33 ildən çox işğal altında qalmış 4 kəndinin Azərbaycana təhvil verilməsindən sonra başlanmış demarkasiya işlərinin görüldüyü məkandır. Hazırda müvafiq fortifikasoya işləri Azərbaycan tərəfində də aparılır...






Fikirlər